“Dinamo Minsk” futbol klubu avrokubok oyunlarını Sumqayıtda keçirəcək. Bu haqda 20 avqust tarixində Sumqayıt24 xəbər verir.
Hazırda Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan Belarus təmsilçisi Belçikanın “Anderlext” klubu ilə qarşılaşacaq. “Dinamo” qalib gəlsə, bu turnirin qrup mərhələsində çıxış edəcək, məğlub olduğu halda isə mübarizəni Konfrans Liqasının qruplarında aparacaq.
“Dinamo” rəqiblərini Mehdi Hüseynzadə adına stadionda qəbul edəcək.
Qeyd edək ki, UEFA Belarus komandalarının ev oyunlarını öz ölkələrində keçirmələrini qadağan edib.