“Sumqayıt” – “Fehervar” matçına təyinatlar olub. Sumqayıt24 bu haqda 20 iyul tarixində xəbər verir.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin qarşılaşması albaniyalı hakimlərə tapşırılıb. Baş hakim Florian Lataya yan xətt hakimləri Xulio Mani və Reydi Zaimi kömək edəcəklər. Kreşnik Çyapi isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, ilk oyun 25 iyul saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda keçiriləcək.