“Sumqayıt” futbol klubu cari mövsümdə 2 futbolçu ilə yollarını ayırdı. Bu haqda klubun İnstagram səhifəsinə istinadən xəbər veririk.
Belə ki, şəhərimizi təmsil edən komanda hücumçu Səid Rza və bir neçə gün bundan əvvəl yarımmüdafiəçi Roman Hüseynovla müqaviləni pozub. Məlumata görə, müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, dekabr ayının ortalarında baş məşqçi Ayxan Abbasov da istefaya göndərildi.