top
Sumqayıt FK-dan hakimlə bağlı narazılıq: AFFA-ya şikayət ediləcək
22 noyabr 2025, 17:18
- ↺ +

"Sumqayıt" FK-dan hakimlə bağlı narazılıq: "AFFA-ya şikayət ediləcək"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün Misli Premyer Liqasının XII turu çərçivəsində keçirilən "Sumqayıt" - "Qarabağ" qarşılaşmasında hakim qərarları ilə bağlı narazılıq yaranıb. "Sumqayıt" Futbol Klubu matç zamanı göstərilən sarı və qırmızı vərəqələrin əsassız olduğunu bildirərək məsələ ilə bağlı AFFA-ya rəsmi müraciət edəcəyini açıqlayıb.

Klubun mətbuat katibi Zaur Xudiyev mövzu ilə bağlı İdman.Biz-ə açıqlama verib.

O, "Qarabağ"la keçirilən oyunda bəzi epizodların yenidən araşdırılmalı olduğunu bildirib:

"Sumqayıt" - "Qarabağ" oyunu yüksək tempdə və gözəl mübarizə şəraitində keçdi. Stadion tam dolu idi və böyük ehtimalla bu, mövsümün azarkeş rekordu olacaq. Təəssüf ki, bu gözəl atmosferə və oyuna bəzi hakim səhvləri kölgə saldı.

Bir neçə epizodda baş hakim Fərid Hacıyevin qərarları bizim üçün anlaşılmaz qaldı. Xüsusilə oyunun əvvəlində komandamız sürətli əks-hücuma çıxarkən Aleksandr Ramalinqomuya "Qarabağ"ın oyunçusu Emmanuel Addai müdaxilə etdi və bu, qırmızı vərəqə ilə qiymətləndirilməli idi. Lakin hakim bu epizoda yalnız sarı vərəqə verdi.

Bundan başqa, ikinci hissədə müdafiəçimiz Rayan Senhadjinin rəqib futbolçuya yüngül toxunuşu dərhal sarı vərəqə kimi dəyərləndirildi. Bu isə onun ikinci sarı vərəqəsi oldu və futbolçumuz meydandan kənarlaşdırıldı. Hər iki qərarın yanlış olduğunu düşünürük və bu səbəbdən AFFA-ya rəsmi şikayət göndərəcəyik".

Klub təmsilçisi bir neçə oyundur ki, "Sumqayıt"ın matçlarında oxşar hallarla qarşılaşdıqlarını deyib:

"Biz klub olaraq çalışırıq ki, stadiona azarkeş cəlb edək, futbol bayramı atmosferi yaradaq. Lakin hakim səhvləri həm nəticəyə birbaşa təsir edir, həm də azarkeşlərin, sponsorların və futbol ictimaiyyətinin oyuna olan marağını azaldır. Ümid edirik ki, növbəti turlarda hakimlər daha diqqətli və ədalətli olacaqlar".

Xatırladaq ki, ötən gün baş tutan "Sumqayıt" - "Qarabağ" qarşılaşmasından Ağdam təmsilçisi 4:2 hesabı ilə qalib ayrılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Bu gün, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Bu gün, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Bu gün, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Bu gün, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Bu gün, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Bu gün, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Bu gün, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Bu gün, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Oxşar xəbərlər