“Sumqayıt” futbol klubu daha bir antirekorda imza atıb. Bu haqda Sportinfo.az-a istinadən xəbər veririk.
Beləliklə, Aleksey Baqanın komandası Premyer liqada 150-ci məğlubiyyətini alıb. Bu məğlubiyyət liqanın 18-ci turuna, “Zirə” ilə matça təsadüf edib.
Qeyd edək ki, klubumuz ümumilikdə 317-ci görüşünü keçirib. Ölkə çempionatları tarixində bunadək 8 klub 150 və daha çox matçda uduzub.