“Sumqayıt” futbol klubu XXI əsrdə Premyer Liqada ən çox oyun keçirən komandalar arasında yer alıb. Bu haqda Apasport.az-a istinadən xəbər veririk.
Hesablamalara görə, 2001-ci ildən bu günədək 36 komanda yüksək liqada mübarizə aparıb. Onların arasında olan “Sumqayıt” klubu 314 matç keçirib, bununla da ən çox oyun keçirən komandalar arasında 9-cu yeri tutub.
Qeyd edək ki, ən çox oyun keçirən 11 komandadan 5-i Premyer Liqada, 1-i birinci divizionda mübarizə aparır. Qalan 5 klub isə artıq fəaliyyətini dayandırıb.