“Sumqayıt” futbol klubunun keçirəcəyi kubok oyununun vaxtı müəyyənləşib. Bu barədə 26 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Atılan püşk komandamızı 1/8 final mərhələsində “Kəpəz”lə üz-üzə gətirib. İlk qarşılaşma noyabr ayının 23-ü Gəncə şəhər stadionunda baş tutacaq. Matçın başlama saatı 14:30-a müəyyənləşdirilib.