“Sumqayıt” futbol klubu cərimələnib. Sumqayıt24 bu haqda 17 noyabr tarixində Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
AFFA İntizam Komitəsinin qərarları açıqlanıb. Premyer liqanın 14-cü turunda komandamız “Şamaxı”ya məğlub olub. Emosiyaları ilə bacarmayan təmsilçimiz Vüsal İsgəndərli oyundan sonra öz texniki zonasında olan oturacaqları qəsdən sındırdıb.
Nəticədə o, 1 oyun cəzalandırılıb, klub isə 2400 manat cərimə edilib. Stadiona dəymiş ziyan öz növbəsində "Sumqayıt" tərəfindən tam ödəniləcək.