“Sumqayıt” FK U-17 mövsümün son turunun oyununu keçirib. Bu haqda 24 may tarixində Sumqayıt24 xəbər verir.
AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında 2022/2023 mövsümünə yekun vurulub. “Kapital Bank Arena”nın ehtiyat meydançasında təmsilçimiz “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Komandamızın qollarına Nicat Alızadə və Xəyal Əhmədzadə imza atıblar.
Oyundan sonra komandaya çempionatın bürünc medalları təqdim edilib. “Sumqayıt” FK-nın U-17 komandası mövsümü 3-cü pillədə bitirib.