“Sumqayıt” futbol klubu cərimələnib. Sumqayıt24 bu haqda bu gün, 1 aprel tarixində AFFA-nın saytına istinadən xəbər verir.
Belə ki, AFFA İntizam Komitəsinin qərarı ilə, Premyer liqanın 20-ci turunda "Gənclik şəhəri" təmsilçisinin 4 futbolçusu "Keşlə" ilə səfər matçında sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub.