“Sumqayıt” klubu Türkiyəyə yollanır. Bu barədə 5 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Futbolçularımız Premyer Liqanın ikinci yarısına Antalya şəhərində hazırlaşacaqlar. Onlar yanvarın 18-dək Lara bölgəsində yerləşən “Concord Deluxe” hotelində məskunlaşacaqlar. Bu müddət ərzində “Sumqayıt”ı iki yoxlama oyunu gözləyir.