“Sumqayıt” klubu qış təlim-məşq toplanışına yollanacaq. Bu barədə 7 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Komanda mövsümün ikinci yarısına hazırlığını Türkiyənin Antalya şəhərində keçirəcək. Futbolçularımız yanvarın 5-dən 18-dək Lara bölgəsində yerləşən “Concord Deluxe” hotelində məskunlaşacaqlar. Bu müddətdə “Sumqayıt” iki yoxlama oyununda qüvvəsini sınayacaq.