G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
"Sumqayıt" futbol klubunun Premyer Liqanın ilk iki dövrünə aid statistikası açıqlanıb. Bu haqda 27 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Geridə qalan 18 turda təmsilçilərimiz 10 dəfə fərqləniblər. Həmin qollardan 4-ü Vüsal İsgəndərli və Almir Aqanspahiç (hər biri 2 qol), digərləri isə Vurğun Hüseynov, Riçard Qadze, Murad Xaçayev, Rüfət Abdullazadə, Todor Todoroski və Steven Pereiranın adına yazılıb.
Klub bu dövr ərzində 24 futbolçunun xidmətindən yararlanıb:
- Aydın Bayramov – 18 oyun (1620 dəqiqə);
- Səbuhi Abdullazadə – 17 (1530);
- Elvin Bədəlov – 17 (1502);
- Vüqar Mustafayev – 17 (1454);
- Vüsal İsgəndərli – 17 (1303);
- Todor Todoroski – 16 (1318);
- Murad Xaçayev – 15 (943);
- Filipe Çabi – 15 (808);
- Vurğun Hüseynov – 14 (1198);
- Rüfət Abdullazadə – 14 (547);
- Steven Pereira – 13 (1161);
- Süleyman Əhmədov – 13 (1011);
- Almir Aqanspahiç – 13 (685);
- Damian Daniçiç – 11 (768);
- Araz Abdullayev – 11 (424);
- Rifat Nurmuqamet – 11 (275);
- Riçard Qadze – 7 (502);
- Vüqar Bəybalayev – 6 (346);
- Alya Ture – 6 (186);
- Elşən Abdullayev – 4 (44);
- Ouro-Nil Ture – 3 (140);
- İbrahim Əliyev – 3 (42);
- Nihad Əhmədzadə – 2 (16);
- Xəzər Mahmudov – 1 (9).