Sumqayıt futbol məktəbinin yetirməsi "Xankəndi" klubunun formasını geyinəcək.
Sumqayit24.az xəbər verir ki, Region Liqası təmsilçisi 20 yaşlı müdafiəçi Nihad Ağayevi heyətinə qatıb.
Azərbaycanın U-16, U-17 və U-19 yığmalarının şərəfini qorumuş Ağayev karyerası ərzində "Sumqayıt", "Neftçi", MOİK və "Füzuli" komandalarında forma geyinib.