“Sumqayıt” klubunun futbolçuları Vaqif Cavadova müraciət ediblər.
Sportinfo-nun məlumatına görə, “kimyaçılar” çempionatın ilk dövrəsində əldə olunan 2 qələbə və 1 heç-heçəyə görə mükafatların verilmədiyini bildiriblər. Oyunçular Samir Abasovun məsələnin həllinə barmaqarası yanaşdığını xatırladıb, müvəqqəti çalışdırıcıdan kömək istəyiblər.
Cavadov isə ondan qabaq yaşanan hadisələrə görə məsuliyyət daşımadığını, amma problemi araşdıracağını deyib:
“Mən yalnız bundan sonra olanlara cavabdehəm. Nə deyirəmsə, sözümün ağasıyam”.