"Sumqayıt" futbol klubu oyunçusunun Şimali Makedoniya klubuna keçidi reallaşmayıb. Bu barədə 6 yanvar tarixində Sumqayıt24 Bizim.media.az-a istinadən məlumat verir.
Futbolçu Vüsal İsgəndərli "Şkendiya" ilə anlaşa bilməyib. O, komanda ilə danışıq aparsa da, maliyyə məsələlərində ortaq məxrəcə gələ bilməyib.
Xatırladaq ki, Vüsal İsgəndərli bu ilin yay transferi pəncərəsində komandamıza qatılıb. Daha öncə o,Türkiyə Birinci Liqa təmsilçisi “Keçiörengücü”nün formasını geyinib.