Sumqayıt idmançısı Miryusif Əhmədzadə beynəlxalq turnirdə uğur qazanıb.
Sumqayit24.az xəbər verir ki, Özbəkistanın Daşkənd şəhərində kişi idman gimnastikası üzrə “Velvet Road” turniri keçirilib. Millimizin heyətində çıxış edən Miryusif Əhmədzadə gimnastika atı üzrə hərəkətlərdə qızıl medala sahib olub.
İdmançının məşqçisi Zaur Dadaşovdur.