“Sumqayıt”ın hücumçusu Uğur Cahangirov klubunu dəyişib.
Sumqayit24.az xəbər verir ki, “kimyaçılar”la 2026-cı ilin yayında başa çatacaq müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən forvard “Karvan”a üz tutub.
24 yaşlı Uğur 16 ildən sonra Premyer Liqaya qayıdan Yevlax təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Cahangirov “Sumqayıt”dan öncə “Keşlə” və “Şamaxı”nın formasını geyinib. “Gənclik şəhəri” komandasından ayrılmasının səbəbi isə şans qazanmamasıdır.
Ötən müddətdə nə Samir Abasov, nə də Vaqif Cavadov ona bu imkanı yaradıb.