Sumqayıt cüdoçusu İtaliyadan medalla qayıdır. Sumqayıt24 bu haqda 13 mart tarixində Gənclər və İdman Nazirliyinə (GİN) istinadən xəbər verir.
Roma şəhərində yeniyetmələr arasında Açıq Avropa turniri keçirilib. Millimizin üzvü, 60 kq çəki dərəcəsində mübarizə aparan Kənan İsmayılov bürünc medal qazanıb.
Qeyd edək ki, idmançını Azərbaycan Respublikasının Əməkdar məşqçisi Ilham Məmmədov hazırlayıb.