Misli Premyer Liqasında 20-ci turun oyun cədvəli açıqlanıb. Sumqayıt24 bu haqda 13 yanvar tarixində Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
“Sumqayıt” klubu “Turan Tovuz”u qəbul edəcək. Matç 30 yanvar tarixində (bazar ertəsi) “Kapital Bank Arena” stadionunda keçiriləcək. Start fiti saat 18:00-da səslənəcək.
Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.