Misli Premyer Liqasının ilk turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Kəpəz" oyununun biletləri artıq satışdadır. Bu haqda 30 iyul tarixində Sumqayıt24 xəbər verir.
Biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət Mərkəzi, oyun günü saat 14:00-dan etibarən isə M. Hüseynzadə adına Stadionun kassasından əldə etmək mümkündür. Qiymət sektorlardan asılı olaraq, 2, 3, 5 və 10 manat təşkil edir.
Matç avqustun 3-də saat 20:45-də Mehdi Hüseynzadə adına Stadionda keçiriləcək.