“Sumqayıt” ölkədə heyəti ən stabil olan klublar arasında 4-cüdür. Sumqayıt24 bu haqda 1 mart tarixində Sportinfo.az-a istinadən xəbər verir.
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) hesabat yayımlayıb. Statistikaya əsasən, “Sumqayıt” bir il ərzində 41, beş il ərzində 88, on il ərzində 161 futbolçunun xidmətindən yararlanıb.
Qeyd edək ki, araşdırma 72 çempionatı əhatə edib. İlk sırada İsveçin "Halmştad" (22, 44, 84) klubu qərarlaşıb.