“Sumqayıt” klubu heyətinə Kamran Əliyevi qatıb. Sumqayıt24 bu haqda 10 fevral tarixində xəbər verir.
Rusiyanın “Arsenal” (Tula) klubundan gələn 25 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb. Azərbaycanın U-21 yığmasının sabiq oyunçusu 23 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Ximki” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal”da da çıxış edib.