“Sumqayıt” klubu futbolçu axtarışlarını davam etdirir. Sumqayıt24 bu haqda 5 yanvar tarixində Bizim.media-ya istinadən xəbər verir.
Liberiya millisinin daha bir üzvü Camal Araqo “kimyaçılar”ın maraq dairəsinədir. Mərkəz müdafiəçisi vaxtilə “Səbail”də çıxış edib. Hazırda isə o, Səudiyyə Ərəbistanının “Ohod” klubunda oynayır.
Qeyd edək ki, “Sumqayıt” liberiyalı vinger Terrens Tisdeli transfer edib.