“Sumqayıt” futbol klubu azarkeşlərini qələbə ilə sevindirib. Bu barədə Sumqayıt24 xəbər verir.
Premyer Liqanın 16-cı turu çərçivəsində təmsilçimiz Gəncədə "Kəpəz"in qonağı olub. Oyunda yeganə qolu 89-cu dəqiqədə “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov vurub.
Qeyd edək ki, 84-cü dəqiqədə klubumuzun yarımmüdafiəçisi Vüqar Mustafayev ikinci sarı vərəqəni alaraq meydandan qovulub.