“Sumqayıt” klubu sonuncu yoxlama görüşündə uduzub. Bu barədə 17 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Antalyada toplanışda olan “kimyaçılar” Rusiyanın “Krılya Sovetov” komandası ilə qarşılaşıblar. Oyun “Titanic Mardan” hotelinin meydançasında keçirilib. Yeganə qol 87-ci dəqiqədə vurulub.
Qeyd edək ki, Samir Abasovun komandası sabah Vətənə qayıdacaq.