“Sumqayıt” futbol klubu ilk yoldaşlıq matçında qələbə qazanıb. Bu barədə 13 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan təmsilçimiz Serbiya “Radnik”i ilə qarşılaşıb. Samir Abasovun yetirmələri 2:1 hesablı qələbəyə seviniblər. Hər iki qolu Süleyman Əhmədov vurub.
Xatırladaq ki, "Sumqayıt” yanvarın 17-də Rusiyanın “Krılya Sovetov”u ilə oynayacaq.