“Sumqayıt” futbol klubu Səbuhi Abdullazadəyə yeni müqavilə təklif edib.
Sportinfo-nun məlumatına görə, ”kimyaçılar”ın rəhbərliyi komandanın yetirməsini burada saxlamaq niyyətindədir. “Sumqayıt” yarımmüdafiəçi ilə daha 3 il birgə addımlamağı planlaşdırır.
Xatırladaq ki, “Neftçi” PFK-nın yeni baş məşqçisi Samir Abasov gənc futbolçu ilə maraqlanır.