“Sumqayıt” futbol klubunun transfer fəaliyyəti davam edir. Sumqayıt24 bu barədə 3 sentyabr tarixində Sportinfo.az-a istinadən xəbər verir.
Mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bildirib ki, hələ heç bir futbolçu ilə danışıqlar aparılmır. Lakin transfer məsələləri tamamilə bitməyib: “Amma mümkündür ki, qarşıdakı günlərdə daha kimsə bura gəlsin”.