Sumqayıt şəhərini təmsil edən komanda reqbi festivalında iştirak edəcək. Sumqayıt24 bu barədə 29 oktyabr tarixində Azertag.az-a istinadən xəbər verir.
Festival oktyabrın 29-da Şamaxı Olimpiya Mərkəzinin stadionunda 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında baş tutacaq. Yarışda Sumqayıt komandası ilə yanaşı, Şuşa, Qəbələ və Şamaxı şəhərlərindən 5 komanda iştirak edəcək. Yarış dairəvi sistem üzrə təşkil ediləcək. Turnir iştirakçıları xüsusi diplomlarla, hər komandanın ən yaxşı oyunçuları isə hədiyyələrlə təltif olunacaqlar.