“Sumqayıt” futbol klubu daha bir legioner transferini gerçəkləşdirib. Bu barədə 20 yanvar tarixində Sumqayıt24 Sports.az-a istinadən xəbər verir.
Gənclik şəhəri təmsilçisi İsrail “Bney Yehuda”sından Kərim Abubakarı transfer edib.
Qanalı forvard karyerasına ölkəsinin “Medeama” klubunda başlayıb. O daha sonra İspaniyada - “Leqanes”in gənclər komandasında legioner karyerasına start verib. Kərim Abubakar 8 il İspaniyanın müxtəlif aşağı liqa təmsilçilərində çıxış etdikdən sonra 2 il öncə İsrailin “Hapoel Akre” klubuna keçib. Son klubu “Bney Yehuda” olan mərkəz hücumçusu cinahlarda da oynaya bilir.
Kərim Abubakar Samir Abbasovun baş məşqçisi olduğu kluba azad agent statusu ilə keçib. Yaxın günlərdə qanalı forvardın transferi rəsmən açıqlanacaq.