Bolqarıstanlı futbolçu “Sumqayıt”a gəlməkdən imtina edib. Bu haqda 5 iyul tarixində Sumqayıt24 Sportlife.az-a istinadən məlumat verir.
Transfer çalışmalarını davam etdirən "Gənclik şəhəri" təmsilçisi bolqarıstanlı mərkəz müdafiəçisi Aleks Petkovla danışıq aparıb. Lakin tərəflər arasında anlaşma əldə olunmayıb.
Əvvəlcə illik 100 min dollar maaşa "Sumqayıt"la anlaşan 24 yaşlı müdafiəçi sonradan fikrini dəyişib.
Bolqarıstan millisinin üzvü ötən mövsümü "Arda" klubunda keçirib.