Futbol üzrə Premyer Liqada 1-ci tura yekun vurulub. Sumqayıt24 bu haqda 5 avqust tarixində xəbər verir.
“Sumqayıt”ın turnir cədvələndəki yeri müəyyənləşib. Komandamız “Kəpəz” üzərində qazandığı qələbədən (2:0) sonra üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, matç Mehdi Hüseynzadə adına stadionda keçirilib. Qollarımızı Səbuhi Abdullazadə və Rəhim Sadıxov vurublar.