"Sumqayıt" futbol klubu növbəti matçına çıxıb.
Sumqayit24.az xəbər verir ki, komanda Misli Premyer Liqasının 13-cü turunda "Araz-Naxçıvan"ın qonağı olub.
Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə başa çatıb - 1:0. Qələbə qolunu 87-ci dəqiqədə Ülvi İsgəndərov vurub.
Bu nəticədən sonra "Gənclik şəhəri" təmsilçisi 13 xalla yeddinci sırada yer alıb.