“Sumqayıt” Misli Premyer Liqasının 23-cü turunun oyununa hazırlaşır. Bu haqda 14 fevral tarixində Sumqayıt24 kluba istinadən xəbər verir.
Komandamız səfərdə “Qəbələ” FK ilə qarşılaşacaq. Matç 18 fevral saat 15:00-da Qəbələ Şəhər stadionunda baş tutacaq. Qarşılaşma CBC Sport kanalında canlı yayımlanacaq.