AFFA-nın təşkilatçılığı ilə “Qol U-15” beynəlxalq turniri keçiriləcək. Bu haqda 7 iyul tarixində Sumqayıt24 Azərtac-a istinadən məlumat verir.
Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan yarışda “Sumqayıt”, “Neftçi”, “Sabah”, “Zirə”, “Səbail”, “Qarabağ” futbol klublarının müvafiq yaş qrupundan ibarət komandaları ilə yanaşı, Qırğızıstanın “İlbirs” və Özbəkistanın “Paxtakor” komandaları iştirak edəcək.
İyulun 7-də start götürəcək turnirə ayın 15-də yekun vurulacaq.
Oyunlar “ASK Arena”da və “ASCO Arena”da təşkil olunacaq.