Mehdi Hüseynzadə adına stadionun kassasında "Sumqayıt" – "Səbail" matçına bilet satışı başlayıb. Sumqayıt24 bu haqda 17 avqust tarixində xəbər verir.
Azarkeşlər oyun saatına (20:30) qədər kassaya yaxınlaşaraq bilet ala bilərlər. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır. VIP sektora bilet alan şəxslər VIP Lounge xidmətindən yararlana biləcəklər.
Qeyd edək ki, arenaya yalnız qapağı açılmış vəziyyətdə plastik qablaşdırmalı sular buraxılır.