“Sumqayıt” – “Səbail” oyunlarının statistikası açıqlanıb. Sumqayıt24 bu haqda 16 avqust tarixində xəbər verir.
Komandalar Premyer Liqa çərçivəsində 26 dəfə qarşılaşıblar. Matçların 15-də “Sumqayıt”, 8-də rəqib qələbə qazanıb. 3 qarşılaşma isə bərabərliklə yekunlaşıb. Təmsilçimiz ümumilikdə 35 qol vurub və 20 buraxıb.
Qeyd edək ki, “Sumqayıt” çempionatın 3-cü turunda “Səbail”i qəbul edəcək.