“Sumqayıt” Futbol Klubu növbəti səfər oyununa hazırlaşır. Bu barədə 1 fevral tarixində Sumqayıt24 kluba istinadən xəbər verir.
“Gənclik şəhəri”nin təmsilçiləri Misli Premyer Liqasının 21-ci turunda “Neftçi” ilə qarşılaşacaqlar. Matç 5 fevral saat 18:30-da “Bakcell Arena” stadionunda baş tutacaq. Oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.