“Sumqayıt” futbol klubu səfərdə qələbə qazanıb.
Sumqayit24.az xəbər verir ki, komanda Premyer Liqanın 11-ci turu çərçivəsində “Səbail”in qonağı olub. “ASCO Arena”da keçirilən matçda yeganə qolu 51-ci dəqiqədə Silvanus Nimeli rəqib qapısından keçirib.
Qeyd edək ki, bu qələbə sayəsində “Sumqayıt” xallarının sayını 10-a çatdırıb.