Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə bu gün start veriləcək.
Sumqayit24.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovla üz-üzə gələcək. Qadınlarda isə Gövhər Beydullayeva Ülviyyə Fətəliyeva ilə görüşəcək.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.