“Şamaxı” - “Sumqayıt” matçına son bir gün qalıb.
Sumqayit24.az klublar arasında keçirilən duellərin statistikasını araşdırıb. Belə ki, “Sumqayıt” və “Şamaxı” ölkə çempionatı tarixində 45 dəfə qarşılaşıb. “Kimyaçılar” 13, rəqib isə 19 qələbə qazanıb. Qalan 13 oyunda qalib müəyyənləşməyib. Qolların nisbətində də şamaxılılar öndədir - 62:47.
Komandalar arasında baş tutan son 5 duel:
24.11.24 - “Sumqayıt” – “Şamaxı” - 2:1;
14.09.24 - “Şamaxı” – “Sumqayıt” - 1:0;
16.04.23 - “Şamaxı” – “Sumqayıt” - 0:0;
12.02.23 - “Sumqayıt” – “Şamaxı” - 1:0;
11.11.22 - “Şamaxı” – “Sumqayıt” - 4:2.
Xatırladaq ki, “Sumqayıt” 9 fevral saat 14:30-da Şamaxı şəhər stadionunda yerli klubun qonağı olacaq. Oyun Premyer Liqanın 22-ci turu çərçivəsində keçiriləcək.