“Sumqayıt” hazırda ən uzun məğlubiyyətsiz seriyaya malikdir. Sumqayıt24 bu haqda 9 may tarixində xəbər verir.
Futbol klubumuz Premyer Liqanın son 5 matçında uduzmayıb. “Sumqayıt” çempionatda bu göstəriciyə sahib yeganə komandadır. Həmin oyunlarda qeydə alınan nəticələr aşağıdakı kimidir:
29-cu tur
“Neftçi” – “Sumqayıt” 1:1;
30-cu tur
“Sumqayıt” – “Zirə” 0:0;
31-ci tur
“Turan Tovuz” – “Sumqayıt” 1:4;
32-ci tur
“Sumqayıt” – “Qarabağ” 1:0;
33-cü tur
“Kəpəz” – “Sumqayıt” 1:1.
Xatırladaq ki, 51 xalı olan “Sumqayıt” 4-cü pillədə qərarlaşıb.