“Sumqayıt” - "Krılya Sovetov" matçının başlama saatı bəlli olub. Bu barədə 16 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Antalya toplanışının son yoxlama oyunu "Titanic Mardan" hotelinin idman kompleksində baş tutacaq. Qarşılaşma yanvarın 17-də yerli vaxtla saat 14:30-da start götürəcək.
Xatırladaq ki, “Sumqayıt” klubu daha öncə Serbiya “Radnik”ini məğlub edib.