Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi beynəlxalq yarışı iki medalla başa vurub. Bu barədə Sumqayıt24 yanvarın 30-u Stolüstü tennis Federasiyasına istinadən xəbər verir.
"Shimkent cup" turniri Qazaxıstanın Çimkənd şəhərində təşkil olunub. Seçmə komandamızın üzvləri - Sumqayıt məktəbinin yetirməsi olan Mərziyyə Nurmətova və Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün 1-ci pilləsinə yüksəliblər. Mərziyyə Nurmətova şəxsi turnirdə də etimadı doğruldub. O, yarışın bürünc medalına da layiq görülüb.