Futbol üzrə Azərbaycan Premyer Liqası klublarının transfer çalışmaları davam edir. Sumqayıt24 bu haqda 7 iyul tarixində xəbər verir.
“Sumqayıt” klubu yay transfer pəncərəsində aktivlik göstərib. Komandamızın bazardakı fəaliyyətini təqdim edirik:
Gələnlər: Mehdi Cənnətov ("Zirə"), Orxan Sadıqlı ("Kəpəz"), Rövlan Muradov ("Qəbələ");
Gedənlər: Aydın Bayramov, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Terrens Tisdell, Karim Abubakar, Dieqo Karioka, Vurğun Hüseynov, Vüsal İsgəndərli ("Eqnatiya", Albaniya);
Müqavilə müddətini artıranlar: Elvin Bədəlov, Murad Xaçayev.