“Sumqayıt” komandası voleybol üzrə yarışda iştirak edib.
Sumqayit24.az xəbər verir ki, Quba şəhərində Avropa İdman Həftəsi (“Be active”) keçirilir. Qızlar arasında voleybol üzrə baş tutan yarışda “Sumqayıt” komandası birinci yeri tutub. “Abşeron” və “Qusar” komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Qeyd edək ki, yarışlar Avropa komissiyasının təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunur.