Sumqayıtda yeniyetmə, gənc və böyüklər arasında inklüziv veloyürüş keçirilib. Sumqayıt24 bu haqda Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Bulvarda təşkil olunan yürüşə 8 əlil velosipedi, 2 uşaq əl velosipedi, 1 serebral velosiped, 2 tandem gözdən əlil köməkçinin müşayiəti ilə sürülən velosiped və sağlam velosipedçilərdən ibarət 30-a yaxın şəxs qatılıb.
Məqsəd idmanın kütləviliyini artırmaq, fiziki məhdudiyyətli şəxslərdə Paravelosiped idman növünə maraq oyatmaq, onların cəmiyyətə inteqrasiyasını, özünəinam hissini qüvvətləndirmək, həmçinin reabilitasiya imkanlarını genişləndirmək üçün şərait yaratmaqdır.
Son olaraq iştirakçılara Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri fərmanlar təqdim olunub.