Sumqayıt üzrə həftənin idman afişası açıqlanıb. Sumqayıt24 bu haqda 16 yanvar tarixində Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, 2009-2011, 2012-2013-cü il təvəllüdlü oğlan cüdoçular arasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birinciliyi keçiriləcək.
20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş yarış 22 yanvar saat 10:00-da Paralimpiya İdman Kompleksində start götürəcək.