Sumqayıtda “8 Noyabr – Zəfər günü”nə həsr edilmiş veloyürüş keçirilib.
Sumqayit24.az xəbər verir ki, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Respublika Olimpiya Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan veloyürüş Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilib.
İdman tədbirin keçirilməsində məqsəd şəhərdə “8 Noyabr – Zəfər günü”nün qeyd edilməsi, sağlam nəqliyyat vasitəsi olan velosipeddən istifadəni stimullaşdırmaqdır.